“Qalatasaray”ın futbolçusu Mauro İkardi zədələndikdən sonra sənətçi Ferhat Göçer sosial media hesabında “Dəstək, tribuna idarəçiliyi, başqanlıq, həkim də daxil olmaqla, istənilən işi görməyə hazıram” deyib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mauro İkardi "Qalatasaray" - "Beşiktaş" derbi oyununda zədələnib.
Futbolçunun ayaq biləyinin xarici vətər qrupunda və dəstək toxumasında qanaxma olduğu açıqlandıqdan sonra sosial mediada bir istifadəçi yazıb: “İkardi üçün fövqəladə vəziyyət elan edilməli və Ferhat Göçer də daxil olmaqla bütün həkimlər Floryaya köçürülməlidir".
Sənətçi Ferhat Göçer sözügedən paylaşımı sitat gətirərək yazıb:
“Mən vəzifəyə hazıram... Əməliyyat edə bilərəm, mahnı oxuya bilərəm... Dəstək, tribuna rəhbərliyi, başqanlıq, həkim, hər hansı bir işlə məşğul ola bilərəm... Yetər ki, o, meydançaya qayıdacaq...”