"Fənərbaxça"nın yeni baş məşqçisinin kimliyi bəlli olub.
Lent.az-ın məlumatına görə, bu vəzifəyə Vitor Pereyra gətirilib. Onunla 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Fənərbaxça"da bu ilin mart ayında baş məşqçi Erol Bulut istefaya göndəriləndən sonra komanda Emre Belözoğluna tapşırılmışdı. E.Belözoğlu ilə də ötən ayın əvvəli yollar ayrılmışdı.