"Fənərbaxça" öz meydanında "Trabzonspor"u darmadağın etdi
06 aprel 2025 22:10 (UTC +04:00)

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u darmadağın etdi

Türkiyə Super Liqasında XXX turun görüşləri davam edir.

Lent.az xəbər verir ki, turun mərkəzi matçı İstanbulda baş tutub.

"Fənərbaxça" öz meydanında "Trabzonspor"u qəbul edib.

Qara dəniz təmsilçisi ilk hissəni qalib başa vursa da, "sarı-lacivərdlilər" Anderson Talişkanın het-triki və Milan Şkriniarın vurduğu qolla matçdan 4:1 hesablı qələbə ilə ayrılmağı bacarıblar.

Qeyd edək ki, Talişka "Fənərbaxça" və "Beşiktaş" forması ilə  Super Liqada keçirdiyi 62 rəsmi matçda ilk het-trikinə imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar