“Fənərbaxça” braziliyalı müdafiəçisi Qustavo Henrikenin İspaniyanın “Valyadolid” komandasına keçdiyini açıqlayıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, komanda açıqlamasında futbolçuya təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Henrike ötən mövsümün əvvəlində 1.4 milyon avroya “Flamenqo”dan “Fənərbaxça”ya keçib.
30 yaşlı braziliyalı müdafiəçi Türkiyə klubuna 23 oyuna çıxıb. Bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.