“Fənərbaxça”nın tribuna lideri silahlı hücuma məruz qalıb.
Lent.az Türkiyə KİV-ə istinadla bildirir ki, hadisə İstanbulun Bağçılar Günəşli məhəlləsində qeydə alınıb. “Gənc Fənərbaxçalılar” azarkeş qrupunun lideri Cem Gölbaşı vəiki dostu ilə avtomobildə olarkən naməlum şəxs və ya şəxslər avtomatla onlara atəş açıb.
Nəticədə Cem Gölbaşı yüngül, dostları isə ağır xəsarət alıblar.
Faktla bağlı polis araşdırmalara başlayıb.