İngiltərə yığması 1/8 finalda Seneqalı 3:0 hesabı ilə problemsiz məğlub edərək, turnirin 1/4 finalına yüksəlib.
Lent.az xarici mediaya istinadla bildirir ki, lakin Afrika çempionları ilə oyunda tamaşaçılar britaniyalı yarımmüdafiəçi Rahim Sterlinqi görməyib.
Oyunun başlamasına az qalmış komandanın əsas cinah oyunçusunun komandasının iştirak ərizəsində yer almadığı məlum olub.
İndi mətbuat heyətdə "Çelsi" təmsilçisinin olmamasının səbəbini öyrənə bilib. “Daily Telegraph” qəzetinin jurnalisti Mett Lounun sözlərinə görə, dekabrın 3-də futbolçunun Londondakı evi qarət olunduğu üçün Rahim təcili olaraq Böyük Britaniyaya uçmaq qərarına gəlib.
Sterlinq ailəsi ilə hər şeyin qaydasında olub-olmadığını yoxlamaq üçün Dumanlı Albiona qayıdıv. Əgər qeyri-adi nəsə baş verməsə, 27 yaşlı futbolçunun Qətərə qayıdacağı gözlənilir.
Qeyd edək ki, Rahim Sterlinq Qaret Sautqeytin rəhbərliyi altında əsas sol cinah müdafiəçisi hesab olunur. Yarımmüdafiəçi DÇ-2022-də ilk iki oyunda meydana çıxıb, bir qol vurub, həm də məhsuldar ötürmə verib. İngiltərə üçün böyük bir turnir dəyəri olmayan Uelslə görüşdə ehtiyat oyunçular arasında oturub.