Milli çempionatların yüksək liqasında XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 2001-21-ci illərdə ən azı 200 qol vuranlar daxil edilib.
Buna dünyanın 64 futbolçusu nail olub. Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı 487 qol vurub.
Ondan 12 top geri qalan Lionel Messi ikincidir. İlk “üçlüy”ü Zlatan İbrahimoviç qapayır – 391 qol.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 487
2. Lionel Messi (Argentina) – 475
3. Zlatan İbrahimoviç (İsveç) – 391
4. Luis Suares (Uruqvay) – 352
5. Robert Levandovskl (Polşa) – 328
6. Aleksandar Duriç (Sinqapur) – 304
7. Ali Aşfaq (Malayziya) – 290
8. Xose Alfredo Kastilyo (Boliviya) – 288
9. Martin Kombarov (Bolqarıstan) – 288
10. Serxio Aquero (Argentina) - 282