15 may 2021 19:48 (UTC +04:00)

Ermənistana qalib gələn cüdoçularımız finalda - FOTO

Rusiyanın paytaxtı Moskvada veteran cüdoçular arasında keçirilən beynəlxalq turnirdə iştirak edən Azərbaycan komandası finala çıxıb. 

Apasport.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. 

Cüdoçularımız Ermənistanı 5:0, Qırğızıstan komandasını 5:0 və Tacikistanı 3:2 hesabı ilə məğlub edib.

# 651
avatar

Oxşar yazılar