Ərəblər ona Ronaldodan çox pul  təklif etdilər
23 avqust 2023 13:43 (UTC +04:00)

Ərəblər ona Ronaldodan çox pul təklif etdilər

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Liverpul"un hücumçusu Məhəmməd Salahla maraqlanır.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Əl-İttihad" "Liverpul" və Klopp rəhbərliyini Salahı satmağa razı salmağa çalışacaq. Ciddə klubu 31 yaşlı misirli üçün 90 milyon avrodan çox təklif edəcək. İngiltərə nəhəngi razılaşarsa, müqavilə Səudiyyə Ərəbistanı çempionatı tarixindəki ən bahalı müqavilə olacaq.

31 yaşlı Salahın "Liverpul"la 2025-ci ilin iyununa qədər müqaviləsi var. "Transfermarkt" onlayn portalı misirli hücumçunu 65 milyon avro qiymətləndirir. Bu mövsüm Salah Premyer Liqada bir oyun keçirib və bir məhsuldar ötürmə edib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanında çıxış edən ulduz futbolçuların siyahısını "Əl-Hilal"a keçən PSJ-nin sabiq hücumçusu Neymar tamamlayıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu Kriştiano Ronaldo üçün 60 milyon avroluq müqavilə imzalamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Oxşar yazılar