Norveçin “Bryune” futbol klubunun qapıçısı Yan de Bur “Qonaq komandanın ən yaxşı oyunçusu” nominasiyasında mükafat olaraq dörd bağlama yumurta alıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, martın 30-da 24 yaşlı hollandiyalı "Bryune" komandasının heyətində Norveç çempionatında "Bodo-Qlimt"lə oyunda debüt edib.
Onun klubu yeni mövsümün ilk turunda hazırkı Elit Seriya qalibini 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşma uğurlu alınıb.
"Bizim qapıçımız “Bryune”nin “Bude-Qlimt”ə qarşı ən yaxşı oyunçusu seçilib və ən yaxşı oyunçu mükafatı ilə evə gedib. Kubok 4 paket yumurta idi", - klubun açıqlamasında vurğulanıb.