FourFourTwo statistik və analitik portalı dünyanın ən yaxşı 10 yarımmüdafiəçisini təqdim edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, reytinqə “Mançester Siti” təmsilçisi Rodri başçılıq edir. Ondan başqa Premyer Liqa komandalarından daha beş futbolçu var.
Siyahıda “Real Madrid”dən iki fransız var: Eduardo Kamavinqa və Aurelien Tchouameni.
FourFourTwo-ya görə dünyanın ən yaxşı 10 yarımmüdafiəçisi:
1. Rodri, “Mançester Siti”.
2. Deklan Rays, “Arsenal”.
3. Bruno Gimaraes, “Nyukasl”.
4. Coşua Kimmix, “Bayern”.
5. Yves Bissouma, “Tottenham”.
6. Juan Palinya, “Fulham”.
7. Eduardo Kamavinqa, “Real Madrid”.
8. Moises Caicedo, “Çelsi”.
9. Aurelien Tchouameni, “Real Madrid”.
10. Manuel Uqarte, PSJ.
Qeyd edək ki, Rodri “Mançester Siti”yə keçməmişdən əvvəl “Atletiko Madrid” və “Vilyareal”da çıxış edib.