2020/21 mövsümündə ölkə çempionu olanlar arasında ən çox gəlir əldə edən klubların adları açıqlanıb.
Lent.az-ın apasport.az-a istinadən məlumatına görə, Avropa ölkələrini əhatə edən araşdırma nəticəsində ən yüksək gəlirli 8 klub müəyyənləşib.
Ötən mövsüm qitənin ən çox qazanc götürən çempionu “Mançester Siti” olub. Premyer Liqanı birinci pillədə tamamlayan hazırkı lider mövsüm ərzində büdcəsini 644,2 milyon avro zənginləşdirib. “Top-5” liqalardan yalnız Fransa çempionu “Lill” ilk “beşlik”dən kənarda qalıb.
Qitənin ən gəlirli 7-ci çempionu isə Türkiyə Super Liqasının qızıl medallarına yiyələnən “Beşiktaş” olub. İstanbul təmsilçisi “Sportinq”lə birlikdə 7-8-ci yerləri bölüşdürüb.
1. “Mançester Siti” (İngiltərə)
Yayım gəliri: 335,5 milyon avro
Reklam və digər gəlirlər: 307,9 milyon avro
Oyun günü gəliri: 800 min avro
Ümumi gəlir: 644,2 milyon avro
2. “Bavariya” (Almaniya)
Yayım gəliri: 254,6 milyon
Reklam və digər gəlirlər: 335,2 milyon
Oyun günü gəliri: 7,7 milyon
Ümumi gəlir: 597,5 milyon
3. “Atletiko” (İspaniya)
Yayım gəliri: 238,8 milyon
Reklam və digər gəlirlər: 106,5 milyon
Oyun günü gəliri: 4,4 milyon
Ümumi gəlir: 349,6 milyon
4. “İnter” (İtaliya)
Yayım gəliri: 195,2 milyon
Reklam və digər gəlirlər: 149,8 milyon
Oyun günü gəliri: 2,5 milyon
Ümumi gəlir: 347,5 milyon
5. “Ayaks” (Niderland)
Yayım gəliri: 55,2 milyon
Reklam və digər gəlirlər: 65,6 milyon
Oyun günü gəliri: 4,4 milyon
Ümumi gəlir: 125,2 milyon
6. “Lill” (Fransa)
Yayım gəliri: 54,4 milyon
Reklam və digər gəlirlər: 29,5 milyon
Oyun günü gəliri: 200 min
Ümumi gəlir: 84,1 milyon
7-8. “Sportinq” (Portuqaliya)
Yayım gəliri: 30 milyon
Reklam və digər gəlirlər: 32,8 milyon
Oyun günü gəliri: 1,2 milyon
Ümumi gəlir: 59 milyon
“Beşiktaş” (Türkiyə)
Yayım gəliri: 27,8 milyon
Reklam və digər gəlirlər: 27,2 milyon
Oyun günü gəliri: 3,9 milyon
Ümumi gəlir: 59 milyon