Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su növbəti oyununu keçirib.
Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiya çempionatının XXIV turunda “Lokomotiva” ilə görüşüb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Mahir bu qarşılaşmada da şans qazanmayıb. Bu görüşdə onun komandası xal itkisi ilə üzləşib – 0:0.
Qeyd edək ki, 23 oyunda 50 xal toplayan “Dinamo” çempionatın lideridir.