Oktyabrın 28-də La Liqanın 11-ci turunun matçında “Barselona” və “Real” üz-üzə gələcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu komandalar arasında ilk dəfə üz-üzə görüş kataloniyalılardan 10-cu, Madriddən isə 9-cu nömrəli futbolçuların iştirakı olmadan baş tutacaq.
“Barselona” üçün geyilən son 10 nömrə sentyabrın 1-də icarə əsasında “Brayton”a keçən cinah oyunçusu Ansu Fati idi. Futbolçu bunu 2021-ci ildə PSJ-yə gedən Lionel Messidən alıb.
Son vaxtlara qədər Los Blancos yayda “Əl-İttihad”a keçən forvard Kərim Benzemadan sonra 9 nömrədə idi.