Əfsanəvi qapıçı İker Kasilyasın qardaşı qızı Alba məşhurluqda əmisini geridə qoymağa qərar verib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı xanım İkerdən fərqli əziyyətlə deyil, gözəlliyi ilə tanınmağa üstünlük verib.
Bir müddət özünü televiziyada sınamış Alba sosial şəbəkələrdəki açıq-saçıq şəkilləri pərəstişkar toplamaqda çətinlik çəkmir. Artıq onun izləyicilərinin sayı 350 mini arxada qoyub.
Kasilyas təkcə paylaşımları ilə deyil, eşq macəraları ilə də daim diqqət mərkəzindədir. Bir müddət əvvəl məşhur ispaniyalı aktyor Xesus Kastro ilə vidalaşan Alba müxtəlif sahələrdə tanınan simaları ilə münasibət qurmaqdan çəkinmir.