Hollandiya təmsilçisi İren Byust rekorda imza ataraq Olimpiya çempionu olub.
Lent.az xəbər verir ki, 35 yaşlı idmançı özündən kiçik rəqiblərini də keçə bilib və 6 qat Olimpiya çempionu titulunu qazanıb.
Bu göstəriciyə görə, Byust sovet konkisürəni Lidiya Skoblikovaya çatıb.
Byust ilk də 2006-cı ildə Turində Olimpiya çempionu adını qazanıb. Sonra keçirilən hər Olimpiadada qalib olub. Onun kolleksiyasında qızıl medaldan başqa 5 gümüş və 1 bürünc medal da var.