Əfsanəvi dünya və Avropa çempionu  öldü
10 iyun 2024 16:23 (UTC +04:00)

Əfsanəvi dünya və Avropa çempionu öldü

İkiqat dünya çempionu Beata Maksimov-Vendt 56 yaşında vəfat edib.

Lent.az bildirir ki, kədərli xəbər Polşa mətbuatında yayılıb. Polşada cüdonun sələfi sayılan Beata Maksimov-Vendt ağır xəstəliklə mübarizədə məğlub olub. Onun keçmiş klubu KJ Koka titullu idmançının ölümünü açıqlayıb.

Maksimov-Vendt tarixdə dünya çempionatında qızıl medal qazanan ilk Polşa idmançısı olub. O, buna 1993-cü ildə nail olub və altı ildən sonra uğurunu təkrarlayıb. Dünyanın ən yaxşı cüdoçusu adı uğrunda mübarizədə  daha üç mükafat qazanıb.

Titullu cüdoçu həm də 3 dəfə Avropa çempionu, 23 dəfə Polşa çempionu olub, 1992 və 1996-cı illərdə ölkəni Olimpiya Oyunlarında təmsil edib.

İdman karyerasını başa vurduqdan sonra Maksimov-Vednt həbsxana tərbiyəçisi işləyib. O, ağır xəstəliklə mübarizə aparırdı və onurğasında ciddi problemlər var idi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar