Dzyubanın "Adana Dəmirspor"dan gedişinin  TƏFƏRRÜATLARI
06 noyabr 2022 14:53 (UTC +04:00)

Dzyubanın "Adana Dəmirspor"dan gedişinin TƏFƏRRÜATLARI

Rusiyalı hücumçu Artyom Dzyubanın "Adana Dəmirspor"dan gedişinin təfərrüatları məlum olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçunun klubla müqaviləsi tərəflərin qarşılıqlı razılaşması əsasında ləğv edilib. Rusiyalı azad agent olub və artıq Türkiyəni tərk edib. Aralarında Sankt-Peterburq “Zenit”inin də olmadığı futbolçu ilə Türkiyə və Rusiyanın bir neçə komandasının maraqlandığı dəqiqləşib.

Dzyubanın "Adana Dəmirspor"dan ayrılacağı noyabrın 6-da məlum olub. Futbolçunun özü və klub bu məlumatı şərh etmir.

Oktyabrın 28-də komandanın prezidenti Metin Korkmaz hücumçunun mümkün satışından danışıb. Onun sözlərinə görə, bununla bağlı komanda ilə heç kim əlaqə saxlamayıb. “Əgər bizə bir təklif gəlsə və Artyom özü də getmək istəsə, o zaman bu barədə düşünüb onunla bu ehtimalı müzakirə edəcəyik”, - Korkmaz bildirib.

Dzyuba avqustun 18-də "Adana Dəmirspor"a keçib. Onun müqaviləsi bir illikdir və bir mövsüm uzadılması mümkündür. Komandanın tərkibində o, 5 oyun keçirib, bir qol vurub. Əvvəllər hücumçu 4 dəfə Rusiya çempionu olduğu "Zenit"də yeddi il oynayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar