Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin simvolik dünya komandasını təşkil edib.
Lent.az bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.
PSJ-də çıxış edən Canluici Donnarumma ən yaxşı qapıçı elan edilib.
Dörd müdafiəçi sırasına Alfonso Deyvis (“Bavariya”), Ruben Diaş (”Mançester Siti”), Leonardo Bonuççi (“Yuventus”) və Əşrəh Hakimi (PSJ) düşüblər.
Heyətdə 3 yarımmüdafiəçi var – Lionel Messi (PSJ), Kevin De Bryune (“Mançester Siti”) və Jorjinyo (“Çelsi”).
Robert Levandovski (“Bavariya”, Kriştianu Ronaldo (“Mançester Yunayted”) və Kilian Mbappe (PSJ) hücumçulardır.