“Busted Coverage” tərəfindən dünyanın ən seksual idmançısı kimi tanınan alman qaçışçı Alisa Şmidt PSJ-nin oyunçusu Neymara meydan oxuyub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yüngül atlet abunəçilərdən onların qaçış yarışı keçirməli olub-olmadığını soruşub.
"Onun çox işi var, amma kim bilir, bəlkə yenə də mənim arxamca qaçacaq",- deyib.
2017-ci ildə Şmidt 20 yaşadək gənclər arasında Avropa çempionatında 4x400 metr estafet yarışında Almaniya millisinin heyətində ikinci yeri tutub. İki il sonra 23 yaşa qədər Avropa çempionatında estafetdə bürünc medal qazanıb.