Bu ilki transfer pəncərəsində futbol klubları yeni rekord qırıb.
Lent.az xəbər verir ki, bu barədə “Transfermarkt” internet portalı məlumat yayıb.
Məlumata görə, əvvəllər 2019-cu ilin yay transfer pəncərəsi xərclərə görə rekord qırmışdı. Daha sonra dünyanın bütün klubları yeni oyunçuların alınmasına 7,568 milyard avro xərcləyib. 2023-cü ilin yayında artıq 7,63 milyard avro transfer üçün xərclənib.
Qeyd olunur ki, yeni rekordun müəyyən olunmasına indiki transfer dönəmində artıq 846 milyon avro xərcləmiş Səudiyyə Ərəbistanı klublarının hərəkətləri təsir edib. Onların İngiltərə Premyer Liqası komandasından yeni futbolçuların alınması üçün xərclərini də artırıblar. Ərəblər 2,43 milyard avro xərcləyiblər ki, bu da 2019-cu ildəkindən demək olar ki, 1 milyard avro çoxdur.