“Boka Xuniors” və “River Pleyt” arasındakı Argentina qarşıdurması “FourFourTwo”ya görə futbolun əsas derbisi kimi tanınır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Britaniya jurnalı əsas futbol derbilərinin reytinqini tərtib edib.
Argentina superklasikosu haqqında, “Heç nə ehtirasların, rənglərin, atmosferin və dərin düşmənçiliyin intensivliyi ilə müqayisə oluna bilməz” deyirlər. İkinci yerdə Şotlandiyanın iki klubu olan “Qlazqo”, “Seltik” və “Reyncers”in derbisi, üçüncü yerdə isə İspaniyanın “Real Madrid”i ilə “Barselona”nın qarşıdurması qərarlaşıb.
32 ən böyük və ən vacib derbinin ilk on siyahısına aşağıdakılar daxildir:
1. “River Pleyt” – “Boka Xuniors” (Argentina);
2. “Seltik” – “Reyncers” (Şotlandiya);
3. “Real Madrid” – “Barselona” (İspaniya);
4. “Fənərbaxça” – “Qalatasaray” (Türkiyə);
5. “Borussia Dortmund” – “Şalke” (Almaniya);
6. “Mançester Yunayted” – “Liverpul” (İngiltərə);
7. “Roma” – “Latsio” (İtaliya);
8. “Əl-Əhli” – “Zəmalek” (Misir);
9. “Marsel” – “PSJ” (Fransa);
10. Milan – İnter (İtaliya).