"Lecce"nin futbolçuları Samuel Umtiti və Lamek Banda İtaliya çempionatının 16-cı turunun Roma "Latsio"su ilə oyunda irqçiliyə məruz qalıb.
Lent.az bildirir ki, "La Gazzetta dello Sport"a istinadən xəbər verib
"Lecce" evdə "Latsio"nu 2:1 hesabı ilə məğlub edib. İkinci hissənin yarısında qonaq azarkeşlər Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu Umtiti haqqında irqçi təhqirlər səsləndirməyə başlayıblar. Hakim görüşü bir neçə dəqiqə dayandırıb və stadionda şüarların dayandırılması ilə bağlı anons verilib. İlk hissədə “Leççe”nin digər qaradərili futbolçusu Banda da təhqir olunub.
Daha sonra “Lecce”nin prezidenti Saverio Damiani bildirib ki, klub tərəfindən İspaniyanın "Barselona"sından icarəyə götürülən Umtiti oyunu davam etdirməyi xahiş edib. Görüşdən sonra “Lecce” klubu “Twitter”də "irqçi böhtanlar dünya çempionuna dəstək səsləri ilə boğulub" yazılan bir bəyanat verib.
Umtiti özü də sosial şəbəkədə hadisəyə münasibət bildirib. “Yalnız futbol, əyləncə, sevinc. Qalanları nəzərə alınmır”, - futbolçu yazıb.