Hohayro Arkallanı
23 oktyabr 2021 14:41 (UTC +04:00)

Hohayro Arkallanı

Dünya çempionatının mükafatçısı güllələndi

Ekvadorlu yüngül atlet Aleks Kinones faciəli şəkildə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun 32 yaşı vardı.

İstedadlı idmançı evində ölmüş vəziyyətdə tapılıb. 

Naməlum şəxslər kinones və dostu Hohayro Arkallanı Quyakil şəhərindəki evində güllələyiblər. Polis araşdırma aparır. 

Quyas əyaləti İdman federasiyasının prezidenti Roberto İbanes də Kinonesin öldüyünü təsdiqləyib. 

Kinones 2019-cu ildə Dohada keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə bürünc medal qazanmışdı. O, həmin il Panamerika oyunlarının da qalibi olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Oxşar yazılar