İlk dəfə olaraq futbol üzrə dünya çempionatı üç qitədə keçiriləcək.
Lent.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
2030-cu ildə dünya çempionatı Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. Çempionatın açılış oyunu Uruqvayda yerli komandanın iştirakı ilə keçiriləcək.
Argentina və Paraqvay qrupdakı ilk qarşılaşmalarını doğma azarkeşlər qarşısında oynayacaqlar. Turnirin final matçı Madriddəki “Santyaqo Bernabeu” arenasında olacaq.
Həmin il futbol üzrə dünya çempionatının 100 illiyi qeyd olunacaq.
1930-cu ildə Uruqvayda baş tutan mundialın ilk oyunu da elə 7 il sonra Cənubi Amerika ölkəsində start götürəcək.