Di Maria "Barselona"ya keçə bilər
13 may 2023 12:03 (UTC +04:00)

Di Maria "Barselona"ya keçə bilər

“Yuventus”un hücumçusu Anxel Di Maria yay transfer pəncərəsində sərbəst şəkildə “Barselona”ya keçə bilər.

Lent.az xəbər verir ki, bu barədə Tuttosport məlumat yayıb.

Qeyd olunub ki, Di Maria karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdən keçirir. Argentinalı hücumçu vətənə qayıda bilər və ya “Barselona”ya keçə bilər. Di Maria PSJ ilə müqaviləsi başa çatan keçən mövsümdə artıq “Barselona”ya şərtlərini təklif etmişdi. “Mavi Qarnetlər” onunla müqavilə bağlamağı düşünüblər, lakin klub oyunçunun yaşına görə imtina edib.

“Barselona” Di Maria ilə əvəzlənə biləcək sol cinah oyunçusu axtarışlarını davam etdirir. Hücumçunun PSJ-nin hücumçusu Lionel Messi ilə də yaxşı münasibətdə olduğu, onun da kataloniyalılara keçə biləcəyi vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458
avatar

Oxşar yazılar