Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Lent.az xəbər verir ki, yığma G qrupundakı sonuncu matçında Küveyt seçməsi ilə qarşılaşıb.
Qrupdakı ilk iki oyunda İraq və Misir kollektivlərinə qalib gələn son Avropa çempionu üçüncü matçında da qələbə qazanıb - 3:1. Milli komandanın heyətində qolları 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə vurublar.
Bu nəticə ilə xallarını doqquza çatdıran Azərbaycan millisi 1/8 finala qrup lideri kimi adlayıb. Növbəti mərhələdə rəqib H qrupunda ikinci yeri tutacaq komanda olacaq.