DÇ-2026 : Cənubi Koreya Çexiyanı məğlub edib
12 iyun 2026 07:58 (UTC +04:00)

DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib

0

Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Cənubi Koreya millisi Çexiya yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

Lent.az xəbər verir ki, görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Cənubi Koreya isə geri dönüş etməyi bacarıb. Komandanın qollarını 67-ci dəqiqədə Hvan İn Bom və 80-ci dəqiqədə O Hyon Gyu vurublar.

Bu nəticə ilə Cənubi Koreya qrup mərhələsində vacib qələbə əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar