Çingiz Abdullayev "Neftçi"dən getdi - YERİNƏ GƏLƏN
01 dekabr 2022 23:36 (UTC +04:00)

Çingiz Abdullayev "Neftçi"dən getdi - YERİNƏ GƏLƏN

"Neftçi"nin Müşahidə Şurasın (MŞ) tərkibində dəyişikliklər olub.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yer alıb.

Əvvəlki MŞ sədri Çingiz Abdullayevi SOCAR prezidenti Rövşən Nəcəf əvəzləyib.

Həmçinin, təhsil naziri Emin Əmrullayev, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov Müşahidə Şurasına yeni üzv seçiliblər.

Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov öz vəzifələrində qalıblar.

Müşahidə Şurasının əvvəlki üzvləri Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

# 1899
avatar

Oxşar yazılar