PSV-nin yarımmüdafiəçisi Mario Götze İtaliyaya köçə bilər.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində “Milan” maraqlıdır.
İtaliya çempionunun nümayəndələri Almaniya millisinin sabiq üzvünün meneceri ilə danışıqlar aparır. Götzeni əvvəllər PSV-yə rəhbərlik edən, hazırda “Benfika”nın sükanı arxasında olan Roce Şmidt də sərəncamında görmək niyyətindədir.
Pleymeykerin Niderland təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilə qədərdir. Onun transferi təxminən 4-5 milyon avro məbləğində təzminat tələb edir.
Qeyd edək ki, Mario Götze ötən mövsüm çempionatın 29 oyununda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.