Çempionlar Liqasında  rekord   müəyyənləşdirdi - 17 yaşı var
26 oktyabr 2023 17:43 (UTC +04:00)

Çempionlar Liqasında rekord müəyyənləşdirdi - 17 yaşı var

PSJ-nin yarımmüdafiəçisi Barren Zair-Emeri Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Milan”la ev oyununda (3:0) iki məhsuldar ötürmə edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, fransız futbolçu turnir tarixində bir oyunda iki məhsuldar ötürmə edən ən gənc oyunçu olub. Oyun zamanı 17 yaş 231 günlük olub.

Əvvəlki rekord 2006-cı ilin noyabrında “Hamburq” üzərində 3:1 hesabı ilə qalib gəldikləri oyunda 17 yaş 250 günlük olan və iki məhsuldar ötürmə ilə çıxış edən "Arsenal"ın yarımmüdafiəçisi Teo Uolkota məxsus idi.

Barren Zair-Emeri PSJ-nin yetirməsidir. 2022-ci ilin avqustunda o, 16 yaş 151 günlük olanda parislilərin əsas komandasında debüt edib və klub tarixinin ən gənc oyunçusu olub. Ümumilikdə 17 yaşlı futbolçu PSJ-nin heyətində 42 oyun keçirib, iki qol vurub və beş məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4257
avatar

Oxşar yazılar