Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə Çempionlar Liqasında həftənin ən yaxşı qolunu müəyyən ediblər.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun oyunlarının nəticələrinə əsasən, “Qalatasaray”ın hücumçusu Tetenin “Kopenhagen”ə vurduğu qol ən yaxşı qol kimi tanınıb.
88-ci dəqiqədə braziliyalı cərimə meydançasından bir toxunuşla hesabı bərabərləşdirib.
İddiaçılar arasında “Barselona”nın hücumçusu Joao Feliks, “Lens”in yarımmüdafiəçisi Anjelo Fyuljini və “Latsio”nun qapıçısı İvan Provedelin də qolları var.