Çempionlar Liqası tarixində  ən yaşlı oyunçu   oldu
26 oktyabr 2023 19:28 (UTC +04:00)

Çempionlar Liqası tarixində ən yaşlı oyunçu oldu

"Porto"nun müdafiəçisi Pepe Çempionlar Liqası rekordu vuraraq, turnir tarixində ən yaşlı meydan oyunçusu olub.

Lent.az xarici mediaya istinadən bildirir ki, portuqaliyalı Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Antverpen"lə səfər oyununda (4:1) 40 yaş 241 günlük olanda komandanın start heyətində meydana çıxıb.

Pepe 2006/07 mövsümündə "Milan"da çıxış edən italiyalı müdafiəçi Alessandro Kostakurtanın nailiyyətini (40 yaş 211 gün) üstələyib. Dörd mövsümdən sonra onun nailiyyətini Şotlandiyanın “Reyncers” müdafiəçisi Devid Ueyr təkrarlayıb.

Çempionlar Liqası tarixinin ən yaşlı oyunçusu italiyalı qapıçı Marko Ballottadır. 2007/08 mövsümündə 43 yaş 252 günlük olanda “Latsio”nun qapısını qoruyub.

Pepe Çempionlar Liqasında debütünü "Porto"nun heyətində 2004-cü ilin sentyabrında Moskvanın OMİK komandası ilə oyunda (0:0) edib. Ümumilikdə 40 yaşlı portuqaliyalı turnirdə 115 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4542
avatar

Oxşar yazılar