Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi
13 oktyabr 2026 22:38 (UTC +04:00)

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı məğlub etdi

0

Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda ilk qələbəsini qazanıb.

Lent.az xəbər verir ki, Bakı klubu doğma meydanda Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.

Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada hesabı 49-cu dəqiqədə Kahim Parris açıb. Görüşün 88-ci dəqiqəsində isə Coy-Lens Mikels fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

Beləliklə, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk üç xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olmuşdu. “Slaviya” isə Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzmuşdu.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar