Çempionlar Liqası oyununda diqqət çəkən  hadisə: Hakim ağladı
11 dekabr 2024 17:36 (UTC +04:00)

Çempionlar Liqası oyununda diqqət çəkən hadisə: Hakim ağladı

Ötən gecə Çempionlar Liqasında keçirilən “Leypsiq” – “Aston Villa” görüşündən sonra son oyununa çıxan köməkçi hakim göz yaşlarına boğulub. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, "Leypsiq"in baş məşqçisi Marko Rouz oyunun sonunda göz yaşlarına boğulan köməkçi hakim Alessandro Callatiniyə təsəlli verib. 

Çempionlar Liqasının 6-cı həftəsində "Leypsiq" "Aston Villa"nı qəbul edib. Leypsiq stadionunda keçirilən görüşdə qonaq komanda 3:2 hesabı ilə qalib gəlsə də, oyundan sonra duyğulu anlar yaşanıb. 

Final fiti çalındıqdan sonra köməkçi hakim göz yaşlarını saxlaya bilməyib. "Leypsiq"in baş məşqçisi Marko Rouz 3:2 hesablı məğlubiyyətin kədərini bir kənara qoyub, hakimə təsəlli verməyə çalışıb. 

Alessandro Callatininin göz yaşlarının səbəbi sonradan məlum olub. "Bild"ə danışan "Leypsiq"in baş məşqçisi Rouz deyib: "Ondan nə olduğunu soruşdum. Dedi ki, 49 yaşı var və bu gün son oyununa çıxıb. Ona forma hədiyyə etdik". 

Alman məşqçi Callatini təbrik etdiyini və ailəsi ilə daha çox vaxt keçirəcəyini söyləyərək təsəlli verdiyini bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11148

Oxşar yazılar

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

Keçmiş baş məşqçi "Latsio"ya qayıdır

2 iyun 2025 , 09:23
“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

“Mançester Yunayted”in kapitanı üçün 100 milyon təklif

1 iyun 2025 , 10:12
PSJ Çempionlar Liqasını qazandı

PSJ Çempionlar Liqasını qazandı

1 iyun 2025 , 01:03
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

"Sabah" Azərbaycan Kubokunun qalibi oldu

31 may 2025 , 22:08
"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon  verir

"Çelsi" 55 milyonluq hücumçuya 100 milyon verir

31 may 2025 , 16:04
Dövrün ən güclü boksçularının  adını çəkdi

Dövrün ən güclü boksçularının adını çəkdi

31 may 2025 , 11:37
Qvardiola niyə özbək oyunçunu meydana buraxmır?  - Səbəbi bu imiş...

Qvardiola niyə özbək oyunçunu meydana buraxmır? - Səbəbi bu imiş...

31 may 2025 , 09:42
"Fənərbaxça" Duşan Tadiçlə  yollarını ayırdı

"Fənərbaxça" Duşan Tadiçlə yollarını ayırdı

30 may 2025 , 21:42