Çempion komandanın  stadionunu   yandırdılar - VİDEO
23 sentyabr 2024 13:49 (UTC +04:00)

Çempion komandanın stadionunu yandırdılar - VİDEO

Naməlum şəxslər Serbiyanın "Partizan" klubunun futbol meydançasını yandırıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hücumçular Serbiya çempionatının 9-cu turunun "Srvena Zvezda" ilə oyunu öncəsi "Partizan" stadionunu yandırıblar.

Sentyabrın 22-də bir qrup naməlum şəxs stadion ərazisinə daxil olaraq tez alışan mayedən istifadə edərək ot örtüyünü yandırıblar. Onlar ot örtüyünə şüşə parçaları da töküblər. 

“Partizan”ın nümayəndələri hadisə ilə bağlı polisə müraciət ediblər.

Qeyd edək ki, Serbiya çempionatının bu mövsümündə “Srvena Zvezda” 7 oyundan 19 xalla turnir cədvəlinə başçılıq edir.

“Partizan” 11 xalla yeddinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1167
avatar

Arzu Qurbanlı

Oxşar yazılar