“Koventri” rəsmi olaraq Frenk Lempardın baş məşqçi təyin olunduğunu elan edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tərəflər 2027-ci ilin yayına kimi müqavilə imzalayıb.
Lempardın son klubu 2022/23 mövsümü üçün müvəqqəti baş məşqçisi kimi çalışdığı "Çelsi" olub. Onun rəhbərliyi altında komanda 11 görüşdə 1 qələbə qazanıb.
“Koventri” 17 oyundan sonra 17 xalla “Çempionşip”in turnir cədvəlində 17-ci yerdədir.