“Çelsi” ardıcıl 6-cı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, Tomas Tuxelin yetirmələri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Fransa “Lill”inə 2:0 hesabı ilə qalib gəlib.
London təmsilçisi bundan əvvəlki 5 görüşdə də rəqiblərini məğlub edib. “Çelsi” Premyer Liqada “Tottenhem”i 2:0, “Kristal Pelas”ı 1:0, İngiltərə kubokunda “Plimut”u 2:1, klublararası dünya çempionatında “Əl-Hilal”ı 1:0, “Palmeyras”ı 2:1 hesabı ilə yenib. Bu qarşılaşmalarda ümumi top fərqi 10-2-dir.
Paytaxt təmsilçisinin qapıçısı Eduar Mendi Çempionlar Liqasındakı 18 matçdan 14-də qapısını toxunulmaz saxlayıb. Seneqallı keçirdiyi oyunların 78 faizində bunu bacarıb. Bu, turnirdə ən azı 5 qarşılaşmaya start heyətində çıxan bütün qapıçılar arasında rekord göstəricidir.