"Çelsi"nin 24 yaşlı keçmiş futbolçusu Ukraynada döyüşməyə  hazırdır
28 aprel 2025 19:33 (UTC +04:00)

"Çelsi"nin 24 yaşlı keçmiş futbolçusu Ukraynada döyüşməyə hazırdır

13 yaşında “Çelsi” akademiyasına cəlb olunan Nikolya Te cəmi 24 yaşında futbolçu karyerasını başa vurub. Bir neçə çətin mövsümdən sonra keçmiş fransız-İvuar qapıçı yeni həyata – orduda xidmətə başlamaq qərarına gəlib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 2025-ci il aprelin 1-də o, Fransa ordusunun zirehli süvari birliyi olan 1-ci Paraşüt Hussar Alayına (1er Régiment de Hussards Parachutistes) qoşulub. Və tezliklə “Ouest-France”ə verdiyi müsahibədə o, hətta Ukraynada döyüşməyə də hazır olduğunu söyləyib. Bu, ümumiyyətlə, Fransanın xaricdəki hər hansı əməliyyatına aiddir. "Bu, məni qorxutmur", - keçmiş idmançı vurğulayıb.

"Mən sınaqlardan uğurla keçdim, istədiyim alayı aldım. Hazıram, bunun üçün hər gün məşq edirəm", - o əlavə edib.

Onun belə nisbətən erkən yaşda futbolu tərk etmək qərarı çoxlarını təəccübləndirib. Xüsusən ona görə ki, mövsümün əvvəlində ölkə çempionatından klublar ona müraciət edirdilər. Nikolas Te deyir ki, o, sadəcə olaraq futbola marağını itirib. Üstəlik, o, hərbçiliyi həmişə sevib, ona görə də düşünüb: “Niyə də sınamayasan?”.

Futbolla vidalaşmaq da asan olub, çünki Nikolas heç vaxt peşəkar olmaq arzusunda deyilmiş. Diplomu və ya başqa təcrübəsi olmayan Nikolas hərbi xidmət haqqında düşünüb. O, oturaq iş istəməyib. Səhər o, Puatyedəki işə qəbul bürosuna gedib və iki aydan sonra əsgər olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar