"Bu oyunla avrokuboklarda heç nə edə bilməzlər" -  Ramin Musayev
13 aprel 2022 19:56 (UTC +04:00)

"Bu oyunla avrokuboklarda heç nə edə bilməzlər" - Ramin Musayev

“Premyer Liqada 2-4-cü yerlər uğrunda gərgin mübarizənin getməsi yarışa daha çox maraq qatır”.

Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Premyer Liqada sona 6 tur qalmış dörd komanda arasında Konfrans Liqasına vəsiqə verən 3 yer uğrunda mübarizə davam edir. Musayev qış fasiləsindən sonra yüksəlişə keçən “Sabah”ın şanslarını yüksək qiymətləndirib: “Sabah” bu il sərgilədiyi tempi davam etdirsə, düşünürəm ki, avrokuboklara vəsiqə qazana biləcək. Son vaxtlar enişdə olmasına baxmayaraq, “Qəbələ”də də əhval-ruhiyyənin yaxşı olduğunu fikirləşirəm. Yalnız ehtiyat oyunçularının azlığı narahatlıq yarada bilər. “Neftçi”, “Zirə”, “Sabah” və ya “Qəbələ”nin Konfrans Liqasına vəsiqə qazanmasının bizim üçün fərqi yoxdur. Ancaq mövsümün əvvəlindən bu günə qədər “Qəbələ” əziyyət çəkdi. Özünü yaxşı göstərən gənc məşqçiləri var”.


PFL prezidenti hesab edir ki, “Qarabağ” istisna olmaqla, növbəti mövsüm avrokuboklarda ölkəmizi təmsil edəcək digər klublar heyətlərini gücləndirməlidirlər: “Qarabağ” istisna olmaqla, digərləri bu heyət və oyunla avrokuboklarda heç nə edə bilməzlər. İstər “Neftçi”, istər “Zirə”, istər “Sabah”, istərsə də “Qəbələ”dən sırf hücumçu və ya ehtiyatda olan yaxşı bir qapıçı göstərin. Ona görə də, mütləq heyətlərini dəyişməlidirlər”.

Qeyd edək ki, 22 turdan sonra Premyer Liqada “Neftçi” (41 xal) ikinci, “Zirə” (36) üçüncü, “Qəbələ” (34) dördüncü, “Sabah” (32) isə beşinci pillədə qərarlaşır. Aktivində 52 xal olan “Qarabağ” çempionata başçılıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2085
avatar

Oxşar yazılar