Bu ölkənin Futbol Federasiyası Putinə görə  cərimələndi
24 oktyabr 2023 17:25 (UTC +04:00)

Bu ölkənin Futbol Federasiyası Putinə görə cərimələndi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Litva Futbol Federasiyasını Rusiya prezidenti Vladimir Putinə qarşı yönəlmiş azarkeş şüarlarına görə cərimələyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, federasiya prezidenti Edqaras Stankeviçyus təşkilatın on min avro ödəməli olacağını bildirib. O bildirib ki, azarkeşlərə qarşı şikayəti Litva - Serbiya oyununda olan Qazaxıstan təmsilçisi verib. Stankevicyus apelyasiya şikayəti ilə bağlı müraciətin uğur şansını aşağı adlandırıb.

2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da keçirilən və 1:3 hesabı ilə başa çatan Litva - Serbiya oyununda təhqiramiz şüar səslənib. Qarşılaşmanın nümayəndəsi Qazaxıstan təmsilçisi Kuanış Kanapyanov olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3279
avatar

Oxşar yazılar