Bu ölkə 28 ildən sonra  Olimpiadada
24 yanvar 2022 04:13 (UTC +04:00)

Bu ölkə 28 ildən sonra Olimpiadada

 

Amerika Samoası Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu ölkənin yığması 28 ildən sonra qış oyunlarında təmsil olunacaq.

Amerika Samoası sonuncu dəfə 1994-cü ildə Qış Olimpiadasına qatılıb. Pekində ölkəsini skeletonçu Natan Krampton təmsil edəcək. O, mövsümün reytinqində 26-cı olmaqla bu hüququ qazanıb. Lakin idmançı Çinə yollanmaq üçün sponsor tapmasa, uzaq səfərə yollanmaya da bilər.

Krampton ötən il Tokio-2020-də də iştirak edib. 100 m məsafəyə qaçan atlet təsnifat mərhələsində mübarizəni dayandırıb.

Qeyd edək ki, 1994-cü ildə samoalılar bobsley cütlərinin yarışında iştirak edib.

# 1452
avatar

Oxşar yazılar