Dünya çempionu Argentina yığmasının və Fransa çempionu PSJ-nin 35 yaşlı hücumçusu Lionel Messi karyerasını başa vurmasından danışıb.
“Düşünürəm ki, lazım olan anda dünya çempionu oldum. Bu mənim karyeramın sonu, bir dövrün sonudur. Milli komanda ilə bütün arzularımı həyata keçirmişəm. Fərdi səviyyədə də hər şeyə nail olmuşam. Bütün bunlara karyeranın sonunda sahib olmaq vacib idi.
İlk dəfə karyerama başlayanda bütün bunların baş verəcəyini ağlıma belə gətirmirdim. Biz həm də Amerika Kubokunu və Dünya Kubokunu qazandıq. Daha kuboklar qalmayıb”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Messi deyib.
37 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldonun Çempionlar Liqasında vurduğu 140 qol rekordunu qırmaq üçün Messinin PSJ ilə müqaviləsini uzadacağı gözlənilir. Messi 129 qol vurub.