Bruno Fernandeşdən Premyer Liqada portuqaliyalı oyunçular üçün unikal nailiyyət 
17 mart 2025 17:07 (UTC +04:00)

Bruno Fernandeşdən Premyer Liqada portuqaliyalı oyunçular üçün unikal nailiyyət 

"Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş İngiltərə Premyer Liqası oyunlarında 50 məhsuldar ötürmə edən ilk portuqaliyalı olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Fernandeş bu mövsüm klub üçün 30 qol həddini də keçib. Portuqaliyalı bütün turnirlərdə 44 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Brunonun müqaviləsində daha bir mövsüm uzatma variantı var. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar