Kərəm Aktürkoğlu ingilisilərin radarına girib.
Lent.az xəbər verir ki, “Qalatasaray”ın futbolçusu “Vest Hem” və “Tottenhem”in diqqət mərkəzindədir.
“Vest Hem” mövsümün sonunda aparıcı futbolçusu Carred Boveni “Liverpul”a sataraq yerinə 24 yaşlı Aktürkoğlunu almağı planlaşdırır. “Tottenhem”də isə baş məşqçi Ange Postecoğlu sol cinahda Kərəmin oynamasını istəyir.
Qeyd edək ki, Kərəm Aktürkoğlu “cim-bom”un aparıcı futbolçularından biridir. Bu mövsüm 16 oyuna çıxan orta xətt oyunçusu 5 qol və 7 ötürmə ilə yadda qalıb.