“Neftçi”nin hücumçusu Gilyerme Patonun ölkəsi Braziliyaya qayıtmaq ehtimalı olub.
Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, 21 yaşlı futbolçunun sabiq klubu “İnternasional” onu diqqətdə saxlayıb.
Bu ilin yanvarında Azərbaycan klubuna transfer olunan Patonun “ağ-qaralar”dakı oyunlarını “İnternasional”ın skautları izləyib. Lakin onun “Neftçi”də heyətə düşə bilməməsi və gözlənilən performansı sərgiləməməsi onları bu transferdən vaz keçirib. Gənc forvard ötən mövsüm Premyer Liqada keçirdiyi 11 oyunda 1 qol vurub.
Qeyd edək ki, Gilyerme Patonun “Neftçi” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.