“Bavariya”nın futbolçusu Niklas Zülenin karyerasını davam etdirə biləcəyi klub müəyyənləşib.
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Dortmund “Borussiya”sı müdafiəçi ilə danışıqlara başlayıb.
Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu yeni klubuna azad agent statusu ilə qoşulmaq imkanına malikdir. Manuel Akanci ilə 2023-cü ilin yayında bitəcək anlaşmanı uzada bilməyən “Borussiya” bu üzdən Niklasın keçidində israrlıdır.
Qeyd edək ki, Züle 2017-ci ildə “Hoffenhaym”dan “Bavariya”ya keçib.