Beyl futbola qayıdır:  Görün kimlərlə oynayacaq
11 sentyabr 2025 12:09 (UTC +04:00)

Beyl futbola qayıdır: Görün kimlərlə oynayacaq

0

Qaret Beyl 2023-cü ilin yanvarında peşəkar futboldan ayrılıb, son rəsmi oyunu Qətərdə keçirilən Dünya çempionatında Uelsin İngiltərəyə 3:0 hesablı məğlubiyyəti olub. 

Lent.az-ın xarici mediaya istinadla istinadla xəbərinə görə, görünürdü ki, o, butslarını birdəfəlik asıb, amma indi “Tottenhem”in əfsanəsi cəmi bir oyunluq da olsa geri dönür.

Sentyabrın 13-də Beyl Arsen Venqer və Rafael Benitesin rəhbərlik etdiyi iki komandanın qarşılaşacağı Koreyada xeyriyyə oyununda meydançaya çıxacaq. 

Fanatlar Beyldən başqa Henri, Ronaldinyo, Runi, Puyol, Ferdinand və digər əfsanələri görəcəklər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar