Çempionlar Liqasının yarımfinal mərhələsinin “Mançester Siti” – “Real” qarşılaşması maraqlı məqamlarla əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, İFFHS meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldiyi qarşılaşma ilə bağlı statistik göstəriciləri açıqlayıb.
- Kərim Benzema cari mövsümdə Çempionlar Liqasında vurduğu qolların sayını 14-ə çatdırıb. O, Robert Levandovskini bir top geridə qoyaraq 1-ci yerə yüksəlib.
- Kərim Benzema cari mövsümdə “Real”da keçirdiyi ümumilikdə 41 matçda 41 qol vurub. O, karyerasında ilk dəfə 40 qol səddini adlayıb. “Real”da 40 və ya daha çox qol vuran sonuncu oyunçu Kriştiano Ronaldo 2017/18 mövsümündə 44 dəfə fərqlənib.
- Kərim Benzema “Real”da bir mövsümə 40 və ya daha çox qol vuran 5-ci futbolçudur. Kriştiano Ronaldo 8, Uqo Sançes 2, Alfredo di Stefano və Ferens Puşkaş hərəyə 1 dəfə buna nail olub.
- Kərim Benzema “böyük beşlik”də oynayan və bir mövsümdə ən azı 40 qol vuran üçüncü fransalıdır. 1996/97 mövsümündə Stefan Jivarç 1996/97, Kilian Mbappe 2020/21 mövsümündə bunu bacarıb.
- Kərim Benzema “Real”da 600-cü matçını keçirib. O, 600 və daha çox oyuna çıxan 8-ci oyunçudur. Raul 741, İker Kasilyas 425, Manolo Sançis 710, Serxio Ramos 671, Santilyana 645, Fernando Yero 601 və Fransisko Xento 600 görüş keçirib.
- “Real” Çempionlar Liqasının bütün tarixində 3-cü, indiki ad altında keçirildiyi dövrdə ilk dəfə 11-ci dəqiqədə 0:2 hesabı ilə geridə olub. 1956-cı ildə “Reyms”, 1987-ci ildə “Srvena Zvezda” belə üstünlük qazanıb.
- “Mançester Siti” ardıcıl 3-cü dəfə “Real”a qalib gəlib. Heç bir İngiltərə klubu “Real”la qarşılaşmalarda belə seriyaya imza atımayıb.
- Kevin de Breyne “Mançester Siti”nin Çempionlar Liqasında ən erkən qoluna imza atıb. 93-cü saniyədə fərqlənən yarımmüdafiəçi Con Stounzun 2017-ci ildəki rekordunu 2 saniyə qabaqlayıb.
- Fil Foden Çempionlar Liqasında 9-cu qolunu vurub. O, bu rəqəmə 21 yaşında çatan ikinci oyunçudur. Foden Ueyn Runinin göstəricisini təkrarlayıb.