Portuqaliyalı mütəxəssis Nuno Espirito Santu Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssisin istefaya göndərilməsi komandanın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. Hazırkı çempion Səudiyyə Ərəbistanı yeni mövsümdə altıncı pillədə qərarlaşıb və qələbəsiz 5 oyunluq seriyaya malikdir. Bundan əlavə, "Əl-İttihad" son iki oyununda - çempionatda "Əl-Şabab"a (0:1) və Asiya Çempionlar Liqasında İraqın "Əl-Kuva" klubuna (0:2) məğlub olub.
Əvvəllər Santonun köməkçisi olmuş Həsən Xəlifə komandanın müvəqqəti baş məşqçisi təyin edilib.
Nuno Espirito Santo 2022-ci ilin iyulunda "Əl-İttihad"a rəhbərlik edib. Portuqaliyalı ilk mövsümündə Səudiyyə Ərəbistanında 14 ildən sonra klubun ilk çempionluğunu, həm də ölkə Superkubokunu qazanıb. Ümumilikdə, Santunun rəhbərliyi altında "Əl-İttihad" 56 oyun keçirib və 36 qələbə qazanıb, 12 heç-heçə edib və 8 məğlubiyyət alıb.
Ötənilki "Qızıl top"un qalibi Kərim Benzema, Fransa millisinin yarımmüdafiəçisi N'Qolo Kante, Braziliya millisinin yarımmüdafiəçisi Fabinyo və İtaliya millisinin müdafiəçisi Luis Felipe "Əl-İttihad"da çıxış edir.